Gənc şairimiz haqqında və onun şeirlərini oxuacaqsız

Ədəbiyyat


 

 

◊ Mən necə bildirim

  Şərh göndərin 19.08.2009 22:39

Allaha olubdur hər vaxt pənahım Dağları, daşları yandırır ahım.
Sənsiz açılmasın mənim sabahım
Mən necə bildirim sevirəm səni ?

Qoy susum sən danış gözəl avaz tək
Heç yerdə görmədim bu işvə naz tək
Istərdim gələsən dünyama yaz tək
Mən necə bildirim sevirəm səni ?

Başımın üstünü alıb çən, duman.
Mənim nicatım var, o sənsən inan
Zaminim Allahdır şahidim Quran
Mən necə bildirim sevirəm səni ?

Hər an xəyaldayam,xəyalımda sən,
mən niyə düşürəm yadına hərdən 
Qəlbim həyəcanlı,istər ,deyəsən,
Mən necə bildirim sevirəm səni ?

Sən sevgi bağımda, açan bir çiçək 
Sən mənim, sinəmdə, döyünən ürək
Sən mənim, gözümdə, günahsız mələk 
Mən necə bildirim sevirəm səni ?

Xanım Fatimənin nökəri sənsən
Təqva baxçasının əsəri sənsən
Ömrümün qiyməti dəyəri sənsən
Mən necə bildirim sevirəm səni ?

Ey Nicat özünü yormusan yaman
Allahdan istədim mən səni inan
Nədəndir bu qədər təşviş, həyacan?...
Mən necə bildirim sevirəm səni ?

Baxış: 210



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15108)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14583)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13875)
PLATONYA
platonyaadasi.kitabxana.net (8139)
Nəriman
sungurlar.kitabxana.net (4377)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə